Prodüser-aparıcı Tarix(Tolik) Əliyev aparıcı Xoşqədəm Hidayətqızını müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Tolik sosial şəbəkədə aparıcı haqqında bu sözləri yazıb.
“Gördüm ki, Xoşqədəm Hidayətqızı kimi bir aparıcıya son 10 ildə adı heç kimin yadına düşməyən “naftalin” bir şəxs söz atıb. Təbii ki, illərlə sosial layihələr aparıb, minlərlə ailənin probleminin həllində dəstək olan, vurulmuş insanların yanında olan Xoşqədəmə təhdid, hədə-qorxu, təzyiqlər olub, bundan sonra da olacaq. Xoşqədəm Hidayətqızı bəzi əks cinsin nümayəndələrindən fərqli olaraq, səlahiyyətindən istifadə edib, nə onların karyerasında yollarını kəsib, nə də özünü "kişi" kimi göstərib. Əsas odur ki, Xoşqədəm jurnalistika fəaliyyətində adı jurnalistlərlə bir hallanır. Bəziləri kimi müğənnilərdən 200 manat alıb, efirində bəh-bəhlə tərifləməyib”, - deyə bildirib.