12 Oktyabr 2023 13:06
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ikinci dəfə ailə qurur.

Teleqraf.com xəbər verir ki, bu haqda "Günə son" verilişində Rəqsanə İsmayılova danışıb: "Hər insan özünə uyğun insanla ailə qurmalıdır. Mən də seçimi övladıma verdim. Nə oldu? Seçimi övladlara vermək lazım deyil. Düşünmürəm ki, Aysun ikinci dəfə tələsə... O, etdiyi səhvi təkrar etməz. Özü də etiraf edib ki, birinci evliliyində çox səhv edib.

Aysuna elçi də gəliblər, maraqlanıblar da. İnşallah, ikinci dəfə evlənəcək. Aysuna demişəm ki, sənin üçün dörd gün, dörd gecə toy mərasimi edəcəm".

Qeyd edək ki, Aysun İsmayılova iş adamı Eşqin Cəlilov ilə evli olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər