Müğənni Nigar Camal MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər ki, o, küsülü olduğu həmkarlarından danışıb: "Mübahisə etdiyim insanlarla çoxdan barışmışam. Hamıdan uzaq dururam. Aygün Kazımovanın ad günündə Samirə Əfəndi ilə barışmışam. Onunla bir masada oturduq".
Nigar Camal aparıcının "Ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində yenidən təmsil etmək istərsinizmi" sualına "Xeyr, yenidən istəmirəm. Müsabiqədə birinci yerə çıxmışam. Fəxri qonaq kimi iştirak edə bilərəm. Hətta iki həftədən sonra Hollandiyaya gedəcəyik, orada festivalda iştirak edəcəyik", - deyə cavab verib.
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov "Avroviziya 2011" beynəlxalq mahnı müsabiqəsində qalib olublar.