31 Oktyabr 2023 19:36
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumral aparıcı Zaur Kamal haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Təranə Qumral MTV Azərbaycan kanalında bu sözləri deyib: "Mənimlə reytinq tutan Zaur, üzümü sənə tuturam. Nə oldu, iki ildir ki, heç bir zəngin yoxdur. Əhvalını soruşmaq üçün zəng edirəm, qorxudan elə bilir ki, deyəcəm, verilişə gəlim. Buradan sənə səslənirəm ki, heç kimin tərəfində olma! Sən aparıcısan, dürüst işlə. Verilişə hər bir müğənnini dəvət etməlisən. İki ildir ki, bizi ARB-də yayımlanan "Həmin Zaur" verilişinə dəvət etmirsən. Sadəcə demək istəyirəm ki, illərlə bizimlə reytinq tutan aparıcı indi zənglərimizə cavab vermir. Demək istəyirəm ki, səni Moskvaya toya dəvət edirlər. Elə bilir, deyəcəm ki, verilişə dəvət et. Bizi bu iki ildə çox verilişlərə dəvət ediblər, özümüz getmirik. Sadəcə yorucu müğənni olmaq istəmirik".


Müəllif: Rəqsanə Həsənova