Müğənni Damla ilə ATV-də yayımlanan "Rəngarəng səhər" verilişinin aparıcısı Aysel Novruzova ilə xoşagəlməz hal yaşanıb.
Teleqraf.com xəbər verir ki, aparıcının "Damla xanım, tamaşaçıların qarşınıza çıxmaq üçün nə qədər xərc çəkib" sualı ifaçını özündən çıxarıb:
"Sizin dəvətinizi sevərək qəbul edib, gəlmişəm. Çox istəyərdim söhbətimizin dəyəri olsun. Gözəl mövzu ətrafında danışaq. Mənim geyimim, aksessuarımın, ayaqqabımın qiyməti əminəm ki, heç kimə maraqlı deyil. Düşünürəm ki, artıq insanlar şablonlardan, saxta müsahibələrdən doyublar. Tamaşaçılar daha mənalı, səmimi, gözəl şeylər görmək istəyir".
Aparıcı isə "Hamının yerinə danışma. Hələ geyim rubrikasından peşəkar yayınan ikinci məşhur görmədim", - deyə ifaçına cavab verib.