15 Noyabr 2023 17:38
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova "Sözbaz" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova yeni imicindən danışıb: "Məncə, özümü tapdım. Yaşadığım hər anın ləzzətini çıxarmağa çalışıram. Nostalji ilə yaşayan insan deyiləm. Bizim sənətin qəddar tərəfləri də var. Amma bir az sənətdən uzaqlaşan kimi yaddan çıxmaq qorxum olmayıb. Çalışdığım qədər keyfiyyətli mahnılar ifa etmişəm.

Hər şey mükəmməl olmalıdır, nöqsan olmamalıdır. Ona görə də ətrafımdakıların qanını içirəm. Məsələn, niyə filan mahnı filan vaxt hazır olmadı və s. Yaxud bir sözdən ölə bilərəm. Məni öldürmək istəyirsinizsə, bir sözlə öldürə bilərsiz. Bu, zəif tərəflərimdir. Zəif tərəfini deyəndə artıq düşmən səni nə ilə vuracağını bilir".

Əməkdar artist xalq artisti Brilliant Dadaşova ilə barış addımından da söz açıb: "Münasibətimizdə heç nə yox idi, sadəcə küsülülük uzanırdı. İndi hər şey yaxşıdır. Brilliant Dadaşova ilə barışmağıma sevinən insanlar da var. Təşəbbüskarlardan biri də Murad Arif idi. Nə gözəl ki, Brilliant xanımla barışıq oldu".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər