"Space" televiziyasında yayımlanan "Gəl danış" verilişində meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında qalmaqal baş verib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Samirə Yusifqızının onun rəqs videosunu tənqid edənlərə irad bildirməsi olub: "Rəqs etdiyim videonu hər yerdə yaydılar. Nə etdim ki. Mentalitetdən xəbəri olmayanlar söz elədilər".
Bundan sonra tərəflər arasında gərgin anlar yaşanıb. Meyxanaçı ekspert qismində çıxış edən jurnalistin Ramilə Sultanın üzərinə gedib. Meyxanaçı ilə ekspertin mikrafonu söndürülüb.
Verilişin aparıcısı Amil Xəlil tərəfləri ayırmağa çalışıb.