Məşhur sənətçi İbrahim Tatlısəs sosial şəbəkədə Kayahanın şəkilini paylaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il xərçəng xəstəliyi yenidən baş qaldıran Kayahanın müalicəsi davam edir. İfaçının sənət dostu İbrahim Tatlısəs də ona dəstək olduğunu bildirib. O, "Instagram" hesabından Kayahanın kimiyaterapiyadan sonra çəkilən şəkilini paylaşaraq belə yazıb :
"Allahım Kayahan Ustaya sağlıq nəsib etsin inşallah. Usta biz nələrə qalib gəlmədik ki? Bunlar bizlərə Allahdan hədiyyə. Ona görə bu hədiyyələrin qiymətini bilməliyik. Bundan betəri də ola bilərdi. Ya heç danışa bilməsəydik və ya heç gəzə bilməsəydik? Buna da həmd olsun, bu da gəlib-keçər. Kədərə fikir verməyək"
Qeyd edək ki, Kayahan daha əvvəl 2 dəfə xərçəng xəstəliyindən müalicə alıb.
Rüstəm