Türkiyənin meqastarı Tarkan "Baku Crystal Hall"da konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, altı ildən sonra Bakıya gələn Tarkan ölkəmiz üçün darıxdığını deyib: "Neçə ildir ki, görüşmürük. 7-8 il oldumu? Mənim üçün darıxdınızmı? Mən də sizin üçün çox darıxdım. Bakı, sənin yerin mənim ürəyimdə çox başqadır. Bu gün möhtəşəm qələbəlikdir".
Qeyd edək ki, Tarkanın konsertində 20 minə yaxın tamaşaçı iştirak edib. Tarkan Bakıda sonuncu dəfə 2017-ci ildə "Formula 1 Azərbaycan Qran Prisi"nin ilk günündə konsert proqramı ilə çıxış edib.