27 Noyabr 2023 12:52
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tahir İmanov “Xəzər” televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşovun bir müddət əvvəl Musiqi Forumunda səsləndirdiyi "Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm" sözlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Tahir İmanov “Yutub"da yayımlanan “AStar” verilişində bu sözləri deyib: “Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun qeyd etdiyi “Telekanal olaraq maarifləndirməliyik” cümləsində nöqtə olmalıdır, vergül “amma” olmalı deyil. Mən razı deyiləm. Mən Azərbaycan Respublikasının vətandaşı, sıravi, kiçik, balaca... Hamısını qoyuram bir kənara. “Maariflənmək vacibdir” və nöqtə olmalıdır".

Tahir İmanov aparıcı Ülvira Qarayevanın “Bəs, Murad Dadaşov işçilərə maaşı necə versin? sualına “Özəl televiziyalar bağlansın və ya birləşsin. Axı, eyni formatda nə qədər televiziya ola bilər. “Xəzər”, “Space”, “İTV” və s. hamısı xəbərlər təqdim edir. Söhbət yalnız “Xəzər” televiziyasından getmir. İstənilən kanala format vermək lazımdır, biri əyləncəli, digəri yumoristik olsun və s. Televiziyalarda bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu, çox böyük problemlərə gətirib çıxaracaq və artıq gətirib çıxarıb. Əsl mədəniyyətimizi, musiqiçiləri, sənətçiləri təbliğ etsək, hamı onlara baxacaq, reytinq gətirəcək və ayın axırında da maaşı verə biləcəksiniz. Məsələ burasındadır. Televiziyalara tamaşaçı baxır ki? Murad Dadaşov deyir ki, bizim kanallara evdar qadınlar baxırlar. İndi kanala baxan yoxdur. Söhbət yalnız Azərbaycandan getmir. Bütün dünya sosial şəbəkədədir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər