1 Dekabr 2023 11:24
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Samir Bayramlının avtomobilindən oğurluq olunub.

Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda sosial media hesabında paylaşım edib.

“Hadisə artıq ikinci dəfədir ki, başıma gəlir. Ona görə də sizə bildirirəm ki, ehtiyatlı olun. Ehtiyat hissələri çox çətin tapılan avtomobilimdən artıq ikinci dəfədir ki, xarici görünüşündən, yəni üz tərəfdən aksesuarlar oğurlanır. Mən isə bunun həmin günün axşamı və ya bir gün sonra kimsə göstərir deyə, görürəm. Bunu kim və hansı məqsədlə və vəziyyətdə götürür, bilmirəm. Amma faktdır ki, bu, təkrar olunur. Hadisə açıq park yerində baş verir. Sizə də məsləhətim odur ki, avtomobilinizi park edərkən ehtiyatlı olun”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər