Xalq artisti Nazpəri Dostəliyeva sosial media hesabında maraqlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Dostəliyeva İnstaqram səhifəsindən iştirak etdiyi toylardan birində keçmiş təhsil naziri Misir Mərdanovla rəqsinin görüntülərini paylaşıb.
Müğənni bunları yazıb:
"Çox sevimli Misir müəllim, uzun zamandır ki, sizi görmürdüm. Bu aşıq mahnısını sizin üçün ifa etdim. Allah bütün övladlara toy qismət etsin. Amin".