11 Dekabr 2023 11:41
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verməyə hazırlaşır.

Teleqraf.com-un xəbərinə görə, Gülbahar Quliyeva bu haqda Arb televiziyasında yayımlanan "O üz" verilişin məlumat verib: "İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. O, yerini, danışığını, rəftarını bilmir. İlhamə xanım elə adamlardan uzaq durub və özünə hörmət edən xanım olub. Mən Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Onu məhkəməyə verəcəm. Nə qədər olar?

İlhamə 7 ildir dünyasını dəyişib. Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”

Qeyd edək ki, Əli Mirəliyev bir müddət əvvəl "Space star” verilişində mərhumun bacısını ittiham edib: "Sənə İlhamə Quliyeva nə edib? Utanmadın, onun avtomobilinə, bağına, şəhərdəki evlərinə sahib çıxmağa? Siz onların düşmənisiniz. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır".


Müəllif: Rəqsanə Həsənova