11 Dekabr 2023 16:31
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyev prodüser-aparıcı Tarix(Tolik) Əliyevi məhkəməyə verir.

Bu haqda Teleqraf.com-a müğənninin özü məlumat verib: "Problem yaradan Tarix Əliyevdir. Ona görə də Gülbahar Quliyevanı deyil, Tarix Əliyevi məhkəməyə verəcəyik. Qızım məhkəməyə müraciət edəcək. Başqasının işinə qarışması görsün ona neçiyə başa gələcək. Məhkəmədə görüşəcəyik".

Qeyd edək ki, İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva "O üz" verilişində Əli Mirəliyevi məhkəməyə verəcəyini deyib.

Xatırladaq ki, Tarix Əliyev bir müddət əvvəl "Elgizlə izlə" verilişində Əli Mirəliyev haqqında bu sözləri deyib: "İlhamə Quliyeva “Şərəf” ordeni ilə təltif edilmişdi. Bu münasibətlə təşkil etdiyim tədbirdə nə sən, nə qızın, nə də həyat yoldaşın var idi. Tədbirə 300 qonaq dəvət olunmuşdu. Səni qapısına belə qoymurdu. Niyə yalan deyirsən? Niyə boş-boş camaatı aldadırsan?"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər