Müğənni Zamiq Hüseynov Gəncə şəhərində konsert verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, sənətçinin musiqili gecəsi fevralın 2-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Gənclər gününə həsr olunmuş solo konsert "İcazə ver" adlanır.
Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.