Bəstəkar-müğənni Murad Arif yeni klipi üçün kamera qarşısına keçib.
Teleqraf.com xəbər verir ki, “Möhtəşəm” adlı bəstənin sözləri Murad Arif və Tural Eminə, musiqisi Fərid Kərimliyə məxsusdur.
“Möhtəşəm”ə Delee Oruclu ekran həyatı verib. Murad Arif klipi üçün həm də fotosessiya etdirib. Muradın 60-cı illəri xatırladan fərqli tərzi diqqət çəkib.
Qeyd edək ki, fotolar Elmir Mirzəzadəyə məxsusdur.