26 Yanvar 11:28
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova ad günündə sevənlərinə sürpriz edib.

Teleqraf.com xəbər verir ki, o, "Sağ-salamat" adlanan yeni klipini təqdim edib.

Mahnının ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).

Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb. Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan-obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.

Çəkiliş zamanı Aygün Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb.

“Sağ-salamat” artıq dijital platformalarda da satışdadır.


Müəllif: Teleqraf.com