29 Yanvar 18:48
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "Sözbaz" verilişində iddialı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, xalq artisti bu sözləri deyib: "Mən səhnəyə Flora Kərimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərovadan sonra çıxdım, 20 il boşluq idi.

O dühalardan sonra birinci mən çıxdım. Səhnədə “canımsan”, “ürəyimsən” deməyi, tamaşaçıların arasında zala getməyi, tamaşaçını bağrına basmağı məndən öyrəndilər. Öyrənsinlər! Əvəllər rejissorlar deyirdilər ki, zala getmək olmaz. Bu mümkün deyil. Mən 30-cu sıraya qədər getmişəm. Bunu birinci mən etmişəm. Bunları sənətə gələnlərə, şou-biznes əhlinə mən öyrətmişəm.

Öyrəndiklərini danmasınlar. Həyatımda indiyə qədər cangüdənim olmayıb. Mən sevən insanların, xalqın arasındayam. Heç vaxt cangüdənə ehtiyacım olmayıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər