13 Fevral 12:29
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu da son, “Speys”lə bağlı məhkəmə prosesi bitdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri məhkəmə qərarı ilə "Speys" telekanalındakı işinə bərpa olunan aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb:

“Kaş bunlar yaşanmazdı. Kaş insanın ayağının altını qazıb, pislik edənlər olmazdı, hər kəs öz işi ilə məşğul olmağı öyrənərdi. Kişi kimi verilən qərarı adamın üzünə deyər, arxadan iş çevirməzdilər. Allah heç kimi utandırmasın, heç kimin başını əyməsin, hec kimi gülünc vəziyyətə salmasın.

Atdıqları ləkə mənə yapışmadı. Əlimdə işdən çıxarılmağımla bağlı iki əmr var. Mənə bildiriş göndərmələri ilə bağlı qəbzin əsli tapılmır. O qəbz vəkilin sorğularına rəğmən tapılmadı. Çünki bildiriş göndərməyiblər. Məhkəməyə isə qəbz təqdim olunub.

Mənim qeyri-iş günü işə gəlməməyimlə bağlı akt tərtib ediblər və ona əsasən işdən çıxarıblarmış. Qurban olsunlar Sənubər xanıma. Tanımasam da o qadının məhkəmədə suallara verdiyi cavablarda düşdüyü vəziyyətə görə acıdım.

Allah hər kəsin günahını bağışlasın. Mən hər günahı bağışlaya bilmirəm. Mən bağışlamasam, Allah da bağışlamaz düşünürəm. Məhşur bir filmimizdəki sualı sizə verirəm: onu bağışlamaq olarmı? “Space”də işə davam, yoxsa tamam?”

Qeyd edək ki, Zamirə Dadaşova bir müddət əvvəl heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, əmək kitabçasının isə ona verilmədiyini söyləmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər