Əməkdar artist Elza Seyidcahan "Tarixin bir günü" verilişində Moskvada toy mərasimlərində çıxış edən həmkarlarını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan bu sözləri deyib: "Bu gün başlarında musiqi notu yox, ciblərində pulu olanlar üçün oxuyurlar. Bəziləri deyirlər ki, mən Moskva toylarına düşmüşəm. Moskvadakılar yazıq olmasınlar. Hamısı burdan gediblər və bir nəsli dolandırırlar. Bir "qaloş"la gediblər, bazarda meyvə satıb, pul qazanıblar. O demək deyil ki, musiqini bilirlər. Tənqidçi olmasa, inkişaf edə bilmərik".