20 Fevral 17:40
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova 156 nömrəli tam orta məktəbdə baş verən hadisəni tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, aparıcısı olduğu "Xəbər ertəsi" verilişində bu sözləri deyib: "Çox təəssüf, bu kimi hadisələr tez-tez baş verir. Kadrlar o qədər dəhşətlidir ki... Qız uşağının başqa bir qız uşağı tərəfindən alçaldılması, gündüz-günorta vaxtı uzun saçlarını burub qayçılaması, onun alnına təhqiramiz ifadələr yazması, başına yumurta çırpması - bütün bunları əlinə telefon alıb çəkənlər normal insan deyillər. Biabırçılıqdır.

İş-işdən keçəndən sonra isə məsələyə münasibət bildirilir. Sən direktorsan, direktor müavinisən... Mənim yadımdadır ki, təhsil aldığın məktəbin direktorunun hər bir şagirddən xəbəri olurdu: kim hansı ailədən, hansı ayaqqabıda gəlir. Bu gün də belə direktorlar var.

Amma iş-işdən keçəndən sonra belə açıqlamalar kimə lazımdır? Direktor, direktor müavini öz hayında... Dəfələrlə məktəblərdə psixoloq çatışmazlığı məsələsinə toxunmuşuq. Ştatı var, psixoloqu yoxdur".


Müəllif: Rəqsanə Həsənova