28 Fevral 12:33
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Hadisə Etilerdə məkanların birində yeni sevgilisi Mərd Ayaydınla görüntülənib.

Teleqraf.com xəbər verir ki, 38 yaşlı Hadisə 28 yaşlı sevgilisi ilə rəqs edib.

İkili səmimi rəqsi və ətrafdakı insanlara əhəmiyyət verməməsiylə diqqət çəkiblər.

Mərd Ayaydın iş adamı Yalçın Ayaydının oğludur.

Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerler ilə beş ay evli olub.


Müəllif: Rəqsanə Həsənova