Məşhur müğənni Rihanna öz pərəstişkarlarını sevindirməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı ifaçı Twitter hesabında yeni mahnısı "Four Five Seconds"u təqdim edib. Rihanna yeni bəstəsini Keyn Vest və Pol Makkarti ilə birlikdə ifa edib.
Xatırladaq ki, Rihanna 2012-ci ilin noyabrından sonra yeni albom təqdim etməyib. Bu səbəbdən yeni mahnını ifaçının pərəstişkarları səbrsizliklə gözləyiblər.