23 Mart 16:46
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni bu barədə şəxsi “İnstagram" hesabında video paylaşıb:

“Crocus City Hall”da baş verən dəhşətli terror hadisəsi hər birimizə çox pis təsir etdi, günahsız insanlar öldü. Heç bir millətin nümayəndəsinə, insanına heç nə olmasın. Allah ölənlərə rəhmət etsin. Rusiyada həmvətənlərimiz, qohumlarımız yaşayır. Allah bütün dünyadakı insanları, həmvətənlərimizi qorusun. Bu hadisə bir daha insanı düşündürür ki, bizim ölkəni nə qədər həzm etməyənlər var. Ayıq olmağımız çox vacibdir. Bizim rahat yaşamağımızın keşiyində gecə-gündüz nə qədər insan çalışır. Allah dövlətimizi qorusun. Biz dövlətimizə hər zaman güvənirik, lazımi qurumlar bizim rahat yaşamımızı təmin edir. Allah daim onlara güc-qüvvət versin. Bu arada, sənət dostum Röyanın və onun komandasının salamat olmasına çox şükür edirəm”.

Qeyd edək ki, Moskvada ticarət mərkəzində naməlum şəxslər tərəfindən terror aktı törədilib.


Müəllif: Rəqsanə Həsənova