29 Aprel 14:41
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukrayna cəbhəsinin şərq tərəfində ən azı üç nöqtədə uğur qazanıb. Rusiyanın taktiki hücumları indi hər gün baş verir, bu, döyüş meydanında yeni tempi əks etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

CNN-nin analitikləri Ukrayna hakimiyyətini cəbhədə baş verənlərlə bağlı qeyri-real məlumatlar və rəqəmlər yaymaqda ittiham edirlər.

Telekanal bildirir ki, hazırda Rusiyanın diqqət mərkəzində olan bölgələrdən biri Donetsk vilayətidir. “DeepState” monitorinq qrupunun məlumatına görə, Rusiya qoşunları cəbhə xətti boyunca səkkiz fərqli nöqtədə irəliləyir. Həmçinin qeyd olunur ki, ruslar son üç ayda Xarkov vilayəti istiqamətində də ilk uğurlarını əldə ediblər.

Eyni zamanda, hərbi analitiklər Ukrayna qoşunlarının geri çəkilməsi və itkilərinin artması fonunda Kiyevin rəsmi hesabatlarını hədəfə alıblar, hökuməti real olmayan məlumatları yaymaqda ittiham edirlər.

Məsələn, “DeepState” öz Teleqram kanalında Solovyov kəndində dron zərbəsi nəticəsində öldürülən rus əsgərinin videosunu yayımlayıb, amma fərdi insidentlərin ümumi mənzərəni gizlədə bilməyəcəyini vurğulayıb:

“Bir rus əsgərinin parça-parça olması videolarını xoşbəxtliklə izləyə bilərsiniz. Amma yaxınlıqda diqqətçəkən başqa bir yer var: ruslar kəndi nəzarətdə saxlayaraq sakitcə hərəkət edirlər. Müdafiə qüvvələri onlara zərbələr endirir, bu, yerli televiziyada bir milyard dəfə təkrarlana bilər, amma reallıq tamam başqadır”.

Bir çox Qərb analitikləri, eləcə də Ukrayna rəsmiləri Rusiyanın aktivliyinin yazın sonunda böyük hücumun xəbərçisi kimi görürlər.


Müəllif: Mənsur Rəğbətoğlu