30 Aprel 10:09
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, birinci oyunda "Bavariya" və "Real" kollektivləri üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar "Arsenal"a qalib gəlibsə, "Kral klubu" "Mançester Siti"dən güclü olub.

"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

30 aprel

23:00. “Bavariya" (Almaniya) - “Real” (İspaniya)

Baş hakim: Klement Turpin (Fransa).

Münhen, “Allianz Arena” stadionu.

Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda "Borussiya" Dortmundda PSJ-ni qəbul edəcək.


Müəllif: Teleqraf.com