3 Aprel 13:08
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir vaxtlar özünü bomba sayan aparıcılar indi internet televiziyalara möhtac qalıblar və MTV Azərbaycan kanalı haqqında fikir bildirirlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix(Tolik) Əliyev deyib: "İstədin ölkədə ən açıqsözlü aparıcı olasan, amma qapaz yedin, telekanallara həsrət qalmısan. Yutub kanalı mənim vecimə deyil, 10 sponsorum var. Onların da hamısı adıma gəlib. Görüm, sənin o ağıllı, bilikli adına necə sponsor gələcək? Sonra deyirlər ki, Tolik danışır. Bu günə qədər heç bir aparıcı deyə bilməz ki, onun sponsoruna zəng etmişəm.

Bir-iki verilişdən mənim sponsorlarıma zəng edirlər. 10 sponsorum var, onlara apara bilirsinizsə, aparın. Heç vaxt sizin sponsorlarınıza zəng etməmişəm. Bəsdirin! Çörəyi də kişi kimi yeyin.

Bəzi müğənnilər hansısa aparıcıya yaltaqlıq edir, sponsorlara zəng edirlər. Siz öncə ərinizlə, ailənizlə məşğul olun. Vallah, sponsorlarıma yalvarmıram, ürəkləri istəyirsə, gedə bilərlər. Onlardan inciməyəcəm. Allah sizin gözünüzü doydursun".


Müəllif: Rəqsanə Həsənova