4 Aprel 16:01
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.

“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, - R. İsmayılova videomüraciətində bildirib.

Qeyd edək ki, R. İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbər ilk olaraq "vchkogpu" teleqram kanalında yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər