14 Aprel 10:31
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zara bu dəfə estetik açıqlaması ilə gündəm yaradıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiprdə otellərdən birində konsert verən məşhur müğənni məşhurların plastik əməliyyat etdirməsi və bəzi həmyaşıdlarının keçirdikləri əməliyyatları inkar etməsi ilə bağlı açıqlama verib.

Estetik əməliyyatın bəzi kişi sənətçilərə yaraşdığını, bəzilərində isə çox pis göründüyünü ifadə edən Zara bəzi dostlarını tənqid edib.

"Dostlar, heç kim yalan danışmasın. Mən aktyor-aktrisalara güzəşt edirəm, onlardan başqa hamımız plastik əməliyyat edirik. Çıxıb "yox” deməsinlər", deyə bildirib.


Müəllif: Pərvin Cəfərova