19 Aprel 15:01
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamı Ceyhun İzer ilə ailəli olan müğənni İradə İbrahimova evlilik ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, İradə İbrahimova İnstaqramda həyat yoldaşı ilə fotolarını paylaşaraq bu sözləri qeyd edib:

"Artıq 15 ildir həyata bərabər tamaşa edirik. O mənim, mən də onun həyatına şahidlik edirəm. Gənclər, ailə qurmağı düşünənlər üçün vurğulamaq istəyirəm ki, bir almanın iki yarısı deyilik. Hətta almayla armud kimi çox fərqliyik. Cırnadıb əsəbiləşdirən, ən çox güldürən odur. Ən çox danışan mən, ən çox susan o... Küsən tərəf mən, barışan o. İnadından dönməyən mən, inadlaşmağı lazım bilməyən o. Məntiqli olan o, emosional mən. Tünlüyü sevən o, səssizliyi mən. Mən konservator, o, çağdaş. Mən sadəliyi, o, şöhrəti sevir.

O, gəzməyi, mənsə evdə oturmağı sevirəm. Seyr edən mən, fərqində belə olmayan o. Mən kommunist, o, kapitalist cəmiyyət və sistemində doğulub, böyüyüb. Əlqərəz, gördüyünüz kimi duzla buz, ağla qara kimiyik. Fərqliyiq, amma tək ortaq nöqtəmiz bizi birləşdirən, dəyişməyən imanımız, dəyərlərimizdir.

Ol deməsə, olmayan tək sevgilim Allahdır. Onun razılığıyla buralara gəldiyimi bilirəm. Bilirsiniz, razılığı olmasa, yarpaq belə yerindən qımıldamaz. Neçə belə bərabər böyüyəcəyimiz, çiçək açacağımız illərə, cavan oğlan".

Qeyd edək ki, cütlüyün bir qızı, bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova