"Avroviziya-2024" təmsilçimiz Fahree (Fəxri İsmayılov) MTV Azərbaycan kanalında müsabiqənin birinci yarımfinalından keçə bilməməsinə görə tənqid edilməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Fahree bu sözləri deyib:
"Avroviziya" beynəlxalq mahnı müsabiqəsi böyük bir məktəbdir, nəticədən asılı olmayaraq. Təbii ki, nəticə insana çox pis təsir etmir, nəinki yaşanan o proses... Daxilimdəki bütün mübarizə mahnıda əks edilib. Sanki on il əvvəldən məni nə gözlədiyin bilib, mahnını yazmışam. Biz müsabiqənin final mərhələsinə keçə bilmədik. Amma bu böyük bir təcrübədir.
Böyük bir kütlə səni başa düşməyib tənqid edirsə, hətta təhqir edirsə, sadəcə cavab verirsən ki, niyə. Axı, siz orada olmamısınız və o əziyyəti görməsiniz. Ümumiyyətlə, mənin gəldiyim yolu, əziyyətimi bilmirsiniz. Məni necə tənqid edə bilərsiniz!?".
Qeyd edək ki, “Avroviziya-2024” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov müsabiqənin final mərhələsinə keçə bilməyiblər.