Aktrisa Gültac Əlili Arb televiziyasında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Gültac Əlili "Nigar xanım" verilişində bu sözləri deyib:
"Bəzən gözlənilmədən gözlərimdən yaş gəlir. Yorğunluq sindromu ola bilər. Bəzən həyat yoldaşım da düşünür ki, nə baş verir? Niyə belə edir? Hüseynə deyə bilmirəm ki, məni bir az tək burax, yaxşı deyiləm. Məni bu həyatda ən çox nə yorur, öz həmcinslərim tərəfindən xəyanət görmək. Mən uşaqlıqdan əks cinsdən xəyanət görməmişəm. Mənim həmcinslərim ömür boyu kürəyimdən vurublar. Çox şükür Allaha ki, həyat yoldaşım Hüseyn çox yaxşı dostdur. Biz dost olub, sonra ailə qurmuşuq. Amma mən hansısa qadınla, iş yoldaşımla, rəfiqəmlə yaşadığım problemə görə həyat yoldaşımı yormaq istəməmişəm".