9 İyul 23:23
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova xalq artisti Brilliant Dadaşova ilə mübasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova Kanal S-də aparıcı Ulvira Qarayevanın "Sizin ifa etdiyiniz "Məktəb illəri" mahnısı məşhur olanda Brilliant Dadaşovaya yaxınlaşıb dedim ki, Lalə Məmmədovanın mahnısı çox gözəldi, sizin səsinizə də yaraşardı", "O kimdi",- deyə cavab vermişdi" fikirlərini belə cavablandırıb:

"Brilliant Dadaşova haqqımda "O kimdir?" soruşanda bəlkə də gözləyirdi ki, özümü onun fanatı kimi təqdim edim. Artıq Brilliant Dadaşovadan incimirəm.

Bəlkə də əvvələr düşünə bilərdim ki, necə yəni mən kiməm, axı, mən varam. İndi çox rahatam. Bu gün Brilliant Dadaşova deyil, başqası da bildirsə ki, bu kimdir, əhəmiyyət vermərəm. Axı, səs və sənət var. Özümü sübut etmək istəyindən vaz keçəndə artıq rahat olursan.

Elə bilməyin ki, özümü sənətin zirvəsində "meqastar" hesab edirəm. Xeyr!

Brilliant xanım dedi ki, o kimdir? Başqa biri ıxsaydı və Brilliant xanıma bənzəsəydi, bəlkə də ondan çox şey gözləməzdi. Amma bir istedadlı qız çıxır, oxuya bilir, musiqidən xəbərdardır və Brilliant xanıma da bənzəyir. Nə olardı, Lalə Məmmədova da çıxıb efirdə desəydi ki, "Brilliant xanımı çox istəyirəm, ona da qulaq asmışam".

Amma mən efirdə Elmira Rəhimovanın adını çəkdim. Brillinat xanım da ona görə incimişdi. Brilliant Dadaşova ilə davamız olmamışdı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər