Əməkdar artist Teymur Əmrah Xəzər televiziyasında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Teymur Əmrah bu sözləri deyib: "Mənim 50-dən çox yaşım var. Yarım əsrdən çox yaşamışam. Sual verdiniz ki, niyə ailə qurmadınız? Mənim sənətə məhəbbətim o sevgidən daha yüksəkdir.
Mən öncə yaxşı insan olmağı sevirəm. 38 ildir Bakıdayam və sakit həyat tərzi yaşamışam. Ola bilər, kaprizli insanam".