“Kaş bu qədər pulum olmazdı, rahatlıq tapa biləydim. Çünki pul bəzən problem yaradır... Əslində hər zaman problemi pul yaradır. Pulum az olsaydı, bu hadisələr baş verməzdi”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyəin tanınmış müğənnisi İbrahim Tatlısəs deyib.
Riskli əməliyyatdan sonra xəstəxanadan çıxan İbrahim Tatlısəs ailə problemlərindən söz açıb.
Bir müddət əvvəl ürəyindən əməliyyat olunan İbrahim Tatlısəsi yenicə barışdığı oğlu Əhməd Tatlısəs xəstəxanada ziyarət etsə də qızı Dilan Çıtak sənətçinin yanına getməyib.
İbrahim Tatlısəs "Bəyaz Maqazin" adlı proqrama göndərdiyi mesajla məsələyə aydınlıq gətirib və ailədə iğtişaşlara pulun səbəb olduğunu deyib.
Qeyd edək ki, Dilan Çıtak Tatlısəs bir müddət əvvəl "Qız övlada qarşı zorakılıq və təzyiqi hər kəs bilməlidir" məzmunlu paylaşım edib, sonra isə susub.
Ata ilə qız arasındakı böhrana İbrahim Tatlısəsin Bodrumdakı bağ evinin səbəb olduğu iddia edilir. İddialara görə, gənc müğənni atasının icazəsi ilə həmin bağ evində qalırmış, lakin bir müddət sonra Tatlısəsin köməkçisi Dilana zəng edərək kirayə pulu istəyib.
Qəzəblənən Dilan Çıtak Tatlısəs atasının evinə gedib. Mübahisə zamanı İbrahim Tatlısəs polisə zəng vurub və kömək istəyib.
Dilan Çıtak Tatlısəsin sosial şəbəkədəki paylaşımlarından sonra İdo Tatlısəslə araları dəyib. Bir-birinə əsəbiləşən qardaş-bacı sosial şəbəkədə bir-birini izləməyi dayandırıb. İdo Tatlısəs atasının fotosunu paylaşıb.