18 İyul 02:09
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenner bacıları Timati Şalamenin Kayli Cenneri istifadə etdiyini düşünürlər.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Hollywood Gossip" məlumat yayıb.

Bildirilir ki, aktyor Timoti Şalame Kardaşyan-Cenner ailə tədbirlərinin hamısından qaçır. Kayli Cennerin bacıları düşünürlər ki, Timoti Kayliyə ciddi yanaşsa, qohumları ilə ünsiyyət qurmaq üçün daha çox səy göstərərdi.

"Bunun əvəzinə isə Şalame özünü Kardaşyanlardan üstün tutur. Onlar isə bunu özlərinə təhqir hesab edirlər və Kaylidən sadəcə yaxşı vaxt keçirmək üçün istifadə etdiklərini düşünürlər" - mənbədən bildirilib.

Xatırladaq ki, model Kayli Cenner və aktyor Timoti Şalame münasibətdə olduqlarını sentyabrın əvvəlində açıqlayıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər