UFC-də yüngül çəkidə çempion Aleks Pereyra zorlamada ittiham olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" nəşri xəbər verib.
Xəbərə görə, blogger Meredit Broun hazırki çempionun iyunun 2-də ABŞ-ın Nyu Cersi ştatında keçirdiyi döyüşdən sonra onunla görüşdüyünü deyib. Görüşdən sonra onlar birgə otelə getdiyini və hər şeyin orada baş verdiyini bildirib. Braun hadisə ilə bağlı heç bir sübut təqdim etməyib.
Braziliyalı son döyüşündə iyunun 30-da çex Jiri Proçazkanı məğlub edib. Qarışıq döyüş sənətləri (MMA) karyerası ərzində Pereyranın 11 qələbəsi və 2 məğlubiyyəti var.