Amerikalı müğənni Ledi Qaqanın nişanlısı ilə görüşündə çəkdirdiyi fotolar tənqid atəşinə tutulub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müğənni iş adamı olan nişanlısı Maykl Polanski ilə görüşərkən paparazzilərin obyektivinə tuş gəlib.
O, qara uzunqol mini libasda və həddindən artıq hündür platformalı və dabanlı ayaqqabılarla şəkil çəkdirib. Ulduz 578 min dollar dəyərində olduğu güman edilən brilyant nişan üzüyü də taxıb.
İzləyicilər həmin fotolar barədə müğənnini tənqid ediblər:
“Onun ayaqqabıları təhlükəli və köhnəlmişdir”, “O, bu dabanlarda necə gəzir?”, “Dəhşətli ayaqqabılar”, “O, kök görünür və bu ayaqqabılar heç nəyi yaxşılaşdırmır” - deyə istifadəçilər qeyd ediblər.