Türkiyəli müğənni Özcan Dəniz ailəsini həyatından çıxardığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müğəninin qərarına əsəbləşən bacısı onun həyat yoldaşını günahlandırıb.
"Qardaşımı bütün hiylələri ilə bizdən uzaqlaşdırdı”, - o deyib.
Samar Dadgar baldızına bu sözlərlə cavab verib: "O səviyyəyə düşməyəcəyəm. Qoy sənin kimilər öz səviyyəsinə uyğun insanlarla məşğul olsunlar. Mənim sənin qaranlıq tərəfinlə məşğul olmaq üçün gücüm kifayət deyil. Öz xoşbəxtliyimlə məşğulam”.
Özcan paylaşım edərək "Siz həmişə ailənin ən hörmətsizi və hiyləgəri olmusunuz. Özün kimi biri ilə birlikdəsən və oğlun üçün dua et. Birlikdə olduğun evli kişi üçün hazırladığım video hələ də qalıb. Daha bir hörmətsizlik gözləyirəm, etsən, yayımlayacağam" sözlərini yazıb.