18 Sentyabr 12:29
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə “Xəzər axşamı” verilişində xalq artisti Faiq Ağayevlə qalmaqalından danışıb.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə xalq artisti ilə yaşadığı qalmaqala görə peşman olduğunu deyib: “Mən Faiq Ağayevlə qalmaqal yaşadığım üçün çox peşmanam. Bu artıq geridə qalan hadisələrdir. Nə yaxşı ki, sonda bir-birimizi başa düşdük. Anladım ki, Faiq Ağayev də pis insan deyil. O da başa düşdü ki, mən də pis insan deyiləm. İstedadlı dostuma, həmkarıma uğurlar arzu edirəm. Mənə elə gəlir ki, o da keçmişi unudub. Baş verənlər gənclik, cavanlıq səhvləri idi. Əvvəllər insanı sancmaq mən tərəfdən olurdu”.

Xalq artisti Faiq Ağayev isə həmkarı haqqında bu sözləri deyib: “Dəfələrcə özü də boynuna alıb ki, mən baş verənlərə görə çox peşmanam. O vaxt Ruhəngiz Allahverdiyeva mənimlə toy mərasimlərində iştirak edirdi. Bir gün o mənə dedi ki, cavan oğlan oxumağa başlayıb, onu dəvət edək. Nadir Qafarzadə gəldi və gördüm ki, çox mərifətli, yerini bilən insandır. Toy mərasimində isə hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi. Həmin toyda yarım saat oxudu və pulunu verib, ona təşəkkür etdim. Hələ Nadir Qafarzadənin televiziya karyerası başlamamışdı. Onu Ruhəngiz Allahverdiyevanın sayəsində tanıdım. Onda mən əməkdar artist idim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər