19 Sentyabr 12:33
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blogger Aynişan Quliyeva xoşagəlməz hadisə ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, bu haqda o, İnstaqram hesabında məlumat verib: “Az öncə bir hadisə baş verdi, neqativ enerji ötürdü. Çox pis tıxac var idi. Avtomobildə yolu sürətlə keçirdim. Bir anda maşınlar dayandı, mən yolun ortasında qaldım. Bu anda isə işıqforun qırmızı işığı yandı. Gördüm, önümdəki yolda artıq yaşıl işıq yanır və avtomobillər üzərimə doğru gəlir.

Anladım ki, yolu kəsəcəm, insanlar gedə bilməyəcəklər. Maşını arxaya verdim. Yandan piyadalar keçirdi. Onlardan biri – yekə oğlan başını maşınımın içinə salıb dedi ki, mən indi bu yolu haradan keçim? Açığı, o, haqlıdır, çünki daha əvvəl nə baş verdiyindən xəbəri yox idi. Ona izah etməyə çalışdım ki, yolun ortasında qalmışdım və avtomobilimi arxa-arxaya sürdüm ki, yolu kəsməyim, insanlar keçə bilsinlər.

Amma o məni anlamadı və mənə “afərin” deyərək getdi. İnanın, 20 dəqiqədir içimdə bir sıxıntı var. O insanın bir sözü, baxışı mənə çox pis təsir etdi. Bu məsələdə həm o, həm də mən haqlı idim. Çünki istəməzdim, belə hadisə yaşansın. Heç kimin haqqına girən insan deyiləm və kimsə haqqıma girəndə çox narahat oluram. Amma o an nəyisə sübut etməyin bir mənası yox idi”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər