Aparıcı Zümrüd Bədəlova ARB televiziyasından ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda o, sosial şəbəkədə yazıb: "ARB telekanalı ilə yollarımız ayrıldı. İllərdir səhər efiri ilə qarşınızda idim. ARB və "SOY production" ilə birgə təqdim etdiyimiz “Xəbər-ətər” və maqazin layihəmiz “Sözbaz” baxımlı proqram idi. Bu mövsümdən ATV televiziyasında fəaliyyətimə davam edəcəm".