19 Sentyabr 14:20
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elgiz Əkbər toy mərasimlərinə aparıcı kimi getməməsinin səbəbini açıqlayıb.

"Daha toy mərasimlərinə aparıcı kimi getmirəm. Amma zamanında mən də toy mərasimlərinə getmişəm. Bir gün gombul bir kişi gəlib dedi ki, Elgiz, "Ana" mahnısı oxu, əmi ağlasın. Mədəni surətdə ona cavab verdim ki, "ay dayı, mən oxuyan deyiləm. Orada o qədər müğənni var". Mənə dedi ki, televiziyada sənin mahnı oxuduğunu görmüşəm. Mən "Ana" mahnısını necə oxuyum? Kişi əlində nə qədər pul tutub, məndən əl çəkmir. Əşəbləşirdim. Çox hörmətli bir ailənin toy mərasimi idi. Orada döymək məsələsi olmayıb. Sadəcə kişinin qarın boşluğuna bir yumruq vurdum. Həmin gündən sonra toy mərasimlərinə getmədim", - deyə bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər