Aparıcı Samir Bayramlı "MTV Azərbaycan” kanalında fəaliyyətinə son qoyub.
Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda İnstaqramda hekayə bölümündə yazıb: “7 ilə yaxındır fəaliyyət göstərdiyim “MTV Azərbaycan” kanalı ilə qarşılıqlı anlaşma əsasında və öz istəyimlə yollarımı ayırdım. Hər nə olursa, xeyirə doğrudur, deyib, əlbəttə yola davam...”
Qeyd edək ki, Samir Bayramlı "MTV Azərbaycan" kanalında "10-da görüşək" verilişinin aparıcısı olub.