Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı xalq artisti Flora Kərimovanı oğlunun toy mərasiminə dəvət edib.
Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı bu haqda "Elgizlə izlə" verilişində deyib:
"Flora Kərimovanı oğlumun oktyabrın 7-də toy mərasiminə dəvət edirəm. Gəlin şənlənək. Balalarınızdan görəsiniz. Mən böyük sənətkarımız Flora Kərimovanı oğlumun toyunda görməyə çox şad olaram və əllərindən öpərəm. Ana-bala arasında da söz-söhbət olur. Hər şey hüquq müstəvisində öz həllini tapıb. Bunu heç kim başqa yerə yozmasın. Mən istəmərəm ki, böyük sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa düşüncədə idim".