Müğənni Afət Fərmanqızı "Rəngarəng" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşından xəyanətə görə ayrıldığını deyib:
"Bu məsələ xəyanət səbəbindən bitib. Mən xəyanətlə üzləşmişəm. Bir daha bu haqda danışmayacam.
Çünki deməyəndə haqqımda başqa şeylər düşünürlər. Bu məsələ burada bağlandı. Biz müğənniləri başqa cür qəbul edirlər, deyirlər, ərdə oturmadı".
Qeyd edək ki, ifaçı ikinci dəfə Mamed Nanacanov adlı şəxslə evli olub. O, yaxın günlərdə həyat yoldaşıyla ayrılıq qərarı verdiyini, amma rəsmi olaraq boşanmadığını bildirmişdi.