Müğənni Kərim Abbasov “Tarixin bir günü” verilişində keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, prodüser-aparıcı Tarix (Tolik) Əliyevin “Təranə Səmədovanı bağışlamısan?” sualını müğənni belə cavablandırıb:
“Onun həbsdə ziyarətinə ürəkdən getmədim. Sadəcə zəng edib, təkidlə ağlamasına və həyat yoldaşımın “heç kimi yoxdur, gözü yoldadır” deməsinə görə getdim. Ziyarət zamanı çəkilən video sosial şəbəkədə paylaşılıb. Mən də həmin videonu sosial şəbəkədə paylaşardım, onu elə gözəl tanıyıram ki, heç olmasa video gözünün qarşısında olsun, həbsdən çıxanda mənə pislik etməsin.
Axı, mən ona pislik etməmişdim. Onu alıb, qadın etmişdim, xanım etmişdim. Onun ailəsi olmuşdu. Məndən boşanandan sonra ailə qura bilərdi. Niyə qurmadı!? Axmaq mən oldum. Təranəni sevmədim, öyrəşdim. İndiki həyat yoldaşımı sevirəm. Onun üçün ölürəm”.