3 Oktyabr 17:42
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayeva “Qonaqcanlı” verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni aparıcı Aytəkin Mərdanovanın "Sizə həyat yoldaşınız qadağalar qoyurmu" sualına cavabda deyib: “Elə bir yaşdayıq ki, hər hərəkətimizi ağılla atmağa çalışırıq. Hər şeyi məsləhətləşirik. Elə yaşayıram ki, qadağalara ehtiyac olmur.

Həyat yoldaşım qətiyyən geyimimə qarışmır. Çox müasir düşüncəli insandır. Hər zaman məni həvəsləndirir ki, səhnə başqadır, səhnəni adi həyatdan ayır. Daha iddialı, cəsarətli ol, bu, sənin işindir. Həyat yoldaşım mənə "olmaz" desəydi, evdə oturardım. Mən səhnədəyəmsə, həyat yoldaşım məni dəstəkləyir. Xoşbəxtəm ki, ailəm məni dəstəkləyir”.

Qeyd edək ki, Sevda Yahyayeva həkim Zakir Bayramovla evlidir. Cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər