17 Oktyabr 13:18
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Araz Ağalarov oğlu, xalq artisti Emin Ağalarovdan danışıb.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov şəxsi İnstaqram hesabında atasının haqqında danışdığı videonu paylaşıb.

“Doğuşdan gələn genetik faktları dəyişmək olmaz. Universitetə özü qəbul olub. Başa düşdüm ki, onu Harvard və ya başqa bir yerə daxil olmağa məcbur etmək lazım deyil. Emin Manhettendə kollecə qəbul oldu. Əlbəttə, təhsil bizə yardım etdi. Amma genetika da öz rolunu oynayır. Necə nəticə olduğunu görürsünüz”, - deyə Araz Ağalarov qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər