Böyük Britaniyanın "Iron Maiden" qrupunun keçmiş solisti Pol Di'Anno 66 yaşında vəfat edib.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, musiqiçi Böyük Britaniyanın Solsberi şəhərindəki evində dünyasını dəyişib.
Di'Anno 1978-ci ildən 1982-ci ilə qədər məşhur qrupunun aparıcı müğənnisi olub. O, "Iron Maiden"in debüt albomunu çıxarıb. Daha sonra sənətçi karyerasını "Battlezone" və "Killers" qrupları ilə davam etdirib, həmçinin solo albomlar buraxıb. 2023-cü ildən musiqiçi səhhətində ciddi problemlər olduğu üçün əlil arabasında çıxış edib. Bir il yarım ərzində o, 100-dən çox konsert verib.